“Qarabağ” – “Hakken” oyununa 20 minə yaxın bilet satıldı

media-hightechnic-468x90

Bakıda “Qarabağ” və İsveçin “Hakken” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunu üçün indiyədək satılmış biletlərin sayı bəlli olub.

Bu barədə Yenicag.az-a “köhlən atlar”ın mətbuat katibi Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, indiyə qədər 18700 bilet alınıb.

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa