“Qarabağ”ın rəqibində ciddi itki

media-hightechnic-468x90

Almaniyanın “Ayntraxt” klubunun heyətində ciddi itki baş verib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan Can Uzun sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə millisinin üzvü Bundesliqanın 9-cu turunun “Haydenhaym”la səfər matçında ayaq əzələsindən zədə alıb. 19 yaşlı hücumameyilli yarımmüdafiəçinin təxminən 5 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Can Uzun bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Ayntraxt” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibidir. Komandalar arasındakı oyun 2025-ci ilin 21 yanvar tarixində Bakıda keçiriləcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05