"Qarabağ"ın rəqibinin futbolçusu iki ay müddətinə sıradan çıxıb  

media-hightechnic-468x90

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

media-banner_tuq

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, müayinə nəticəsində 28 yaşlı braziliyalı futbolçunun sol budundan ciddi zədə aldığı aşkar olunub.

İngiltərə Premyer Liqasının XXVI turunda “Tottenhem”lə matçda (2:1) zədə alan futbolçu bu səbəbdən iki ay komandasına kömək edə bilməyəcək. Yaxın vaxtlarda Gimarayeşin müalicə üçün vətəninə yollanacağı bildirilib.

B.Gimarayeş cari mövsümdə “Nyukasl”ın heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Qarabağ” və “Nyukasl” arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq./Report

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05