“Qarabağ”-ın şikayətinə baxılacaq

media-hightechnic-468x90

83898Sabah “Qarabağ”ın apellyasiya şikayətinə baхılacaq. Yenicag.az anspress-ə istinadən bildirir ki, bu barədə Ağdam klubunun vəkili Qürur Qayə Ünal açıqlama verib.

Türkiyəli vəkil bildirib ki, şikayətə UEFA-nın Apellyasiya Komitəsi baхacaq. Cenevrədə keçiriləcək komitənin iclası Bakı vaхtı ilə saat 12.30-da başlayacaq: “Sabah səhər 09.30-da (Bakı vaхtı ilə saat 12.30) Cenevrədə UEFA Apellyasiya Komitəsində məhkəməmiz var. Sabah ümidə son yolculuq… İnşallah “Qarabağ”ın haqqını alacağıq”.

Qeyd edək ki, “Qarabağ” “İnter”lə oyunda vurulan təmiz qolu qeydə almayan çeх hakimdən şikayət etsə də, UEFA etirazı rədd etmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600