!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağ klanı” Paşinyana qarşı sürətlə toparlanmaqdadır” - Ekspert

!Reklam – Yazi

“Paşinyan Qarabağ münaqişəsinin həllini öz hakimiyyəti üçün təhlükə kimi görür”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Ermənistanda hökm sürən mövcud siyasi vəziyyəti dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə deyb.

Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistanda siyasi böhranın dərinləşməsi qaçılmazdır. Ölkədə demokratik cəmiyyət qurmaq şüarı ilə hakimiyyətə gələn baş nazir Nikol Paşinyan artıq küncə sıxılmaqdadır:

“Paşinyan hakimiyyətini qorumaq üçün “Olum, ya Ölüm” dilemması ilə üz-üzə qalıb. Eks-prezident Serj Sarkisyanın lideri olduğu “Qarabağ klanı” Paşinyana qarşı sürətlə toparlanmaqdadır.

Eyni zamanda, baş nazirin istefasını tələb edən “Çiçəklənən Ermənistan” partiyasının sədri Sarukyanın həbsi və deputat toxunulmazlığının ləğvi də ölkədə siyasi böhranı xeyli dərinləşdirir.

Paşinyan Sarukyanı həbs etməklə, əslində, çevriliş planının qarşısını alıb. Çünki o, Rusiyanın bu ölkədə maraqlarına uyğun siyasət yürüdən oliqarxdır. Paşinyan Sarukyanı zərərləşdirməklə, Rusiyanın ona qarşı planlarının qarşısını almağa çalışır.

Digər tərəfdən, iki həftə bundan əvvəl Putinin Paşinyana telefon zəngi ilə keçmiş prezident Robert Koçaryan azadlığa çıxsa da, Moskvanın stavka etdiyi “Çiçəklənən Ermənistan” partiyasına qarşı siyasi repressiya başladı. Eyni zamanda, Paşinyan əsas rəqiblərindən biri olan Koçaryanı azad etməklə, Rusiyanın qaz qiymətlərində güzəştə getməsinə və ondan digər iqtisadi imtiyazlar qoparmağa çalışır.

Paşinyanın Ermənistanı Rusiyanın təsirindən çıxara bilməyəcəyi aydın görünür. Həmçinin baş nazirin ölkədə sabitliyi bərpa edəcəyi də real görünmür. O, bütün resurslarını siyasi rəqiblərlə mübarizəyə cəlb edəcək. Nəticədə Ermənistanı bürüyən böhran daha da dərinləşəcək.

Ermənistandakı siyasi böhran fonunda Qarabağ danışıqlarında hər hansı irəliləyişin olacağı gözlənilmir. Məhz buna görə Azərbaycanın Ermənistana qarşı hərbi təzyiqi artırması məqsədəuyğundur”.

Gülşən Şərif

COP29

www.yenicag.az

872
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv