Qarabağ Komitəsi noyabrın 24-nə təyin etdiyi mitinqin təxirə salındığını bəyan edib.
Yernicag.az xəbər verir ki, bu barədə məlumatı Qarabağ Komitəsinin üzvü Pənah Hüseyn özünün “Facebook” səhifəsində yayıb.
Komitənin bəyanatında hakimiyyətin 24 noyabr mitinqinə icazə verilməməsi pislənilib və növbəti aksiyanın vaxtı barəsində məlumat veriləcəyi qeyd olunub:
“Komitənin mövcud durumda razılaşdırılmamış kütləvi aksiyalar keçirmənin məqsədəuyğun olmadığı barədə qərarı olduğunu nəzərə alaraq 24 noyabra təyin edilmiş mitinqi təxirə salmaq haqqında qərar qəbul etmişdir.
2-ci Qarabağ mitinqinin yeni tarixi haqqında məlumat yaxın müddətdə ictimaiyyətin diqqətinə çatdırılacaqdır”.
A.Zeynalov
www.yenicag.az