!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ müharibəsində mümkün ssenari: “Azərbaycan tankları İcevana girərsə...” -  Politoloq

!Reklam – Yazi

“Müharibə başlayan kimi Rusiyanın Şimali Qafqazdan Azərbaycana daxil olacağı real deyil”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru Mübariz Əhmədoğlu bu gün keçirtdiyi ənənəvi “Qarabağ saatı”nda səsləndirib.

“Ermənistan hakimiyyətinin son davranışları göstərir ki, İrəvan ikili oyun oynayaraq, Qərblə yaxınlaşmağa can atır. Ancaq Sərkisyan rejimi unudur ki, mövcud şərait, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həllinə dair baxışlarında müəyyən dəyişikliklər var. Bu məsələdə Rusiyanın mövqeyinə xüsusi diqqət yetirmək lazımdır.

Əlbəttə ki, Ermənistanın Qərblə yaxınlaşmaq cəhdi Rusiyanın diqqətindən yayınmır və Moskva İrəvanın bu cəhdlərindən qətiyyən məmnun deyil. İndi elə vəziyyətdir ki, Ermənistan ABŞ-a bir addım yaxınlaşarsa, Rusiya Ermənistandan iki addım uzaqlaşacaq. Yəni İrəvan bu kimi manevrlərinin qurbanı olacaq.

Bilirsiniz ki, Azərbaycanda Rusiyanın Qarabağ münaqişəsinin həllinə dair münasibətinə konkret fikir formalaşıb. Ancaq bu yanaşmanı Rusiyaya bütövlükdə şamil etmək doğru olmazdı. Hər halda, Rusiyada açıq ermənipərəst mövqedən çıxış edən əsas dövlət qurumu Sergey Lavrovun rəhbəri olduğu Xarici İşlər Nazirliyidir.

Sözügedən qurumun Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün hələlik, baş tutmayacağını bildirməsi də Rusiya xarici siyasət idarəsinin İrəvanın mövqeyindən çıxış etdiyini təsdiqləyir.

O halda, maraqlıdır, prezidentlərin görüşünün baş tutmaması cəbhədə yeni gərginliyə səbəb ola bilərmi? Fikrimcə, sentyabrın 15-nə qədər ciddi hərbi əməliyyatların başlayacağını söyləmək çətindir. O ərəfədə BMT Baş Məclisinin toplantısı keçiriləcək və həmin müddətdə müharibənin alovlanması real görünmür”.

Politoloqun fikrincə, hərbi əməliyyatların başlayacağı təqdirdə, Rusiyanın Ermənistana mümkün dəstəyi haqda müəyyən qədər yanlış təsəvvürlər var:

“Çoxları elə düşünürlər ki, müharibə başlasa və Azərbaycan ordusu Ermənistana daxil olsa, Rusiya o an müharibəyə qoşulacaq. Ancaq belə deyil. Hətta Ermənistanın hərbi dairələrində də belə qənaət yaranıb ki, Azərbaycan tankları sürətli həmlə ilə Ermənistana daxil olaraq, İcevanı tutsalar belə, Rusiya bu müharibəyə qarışmayacaq.

Ancaq Azərbaycan ordusu İrəvana doğru hərəkətlənsə, o zaman Rusiyanın vəziyyətə təcili müdaxilə ehtimalı çox yüksəkdir. Bununla belə, müharibə başlayan kimi Rusiyanın Şimali Qafqazdan Azərbaycana daxil olacağı real deyil. Lakin Ermənistan generalitetində Azərbaycan tanklarının İcevanı tutması təsəvvür edilirsə, bu, işğalçı ölkədə məğlubiyyət psixologiyasının gücləndiyini göstərir”.

A.Zeynalov

Yenicag.Az

COP29

www.yenicag.az

1199
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv