“Qarabağ” “Neftçi”yə qalib gəldi

media-hightechnic-468x90

Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, son oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.

Əzəli rəqiblər “Qarabağ”la “Neftçi” mərkəzi arenada üz-üzə gəliblər. Birinci hissədə qapılara qol vurulmayıb. Hesabı 71-ci dəqiqədə ağdamlılar açıblar. Yassin Benzia yaxın məsafədən topu qapıdan keçirib. Qarşılaşmada son nöqtəni 90+2-ci dəqiqədə Hamidu Keyta qoyub. Nəticədə 2:0 hesablı qələbə qazanan və xallarının sayını 38-ə çatdıran Qurban Qurbanovun kollektivi liderliyini möhkəmlədib. Adrian Mutunun çalışdırdığı bakılılar isə 25 xalla beşinci pillədə qalıblar.

Beləliklə, “Neftçi”nin “Qarabağ” önündə Premyer Liqada qələbə həsrəti 10 oyuna çatıb. “Ağ-qaralar” axırıncı dəfə 2 il 7 ay əvvəl – 2021-ci ilin mayında əzəli rəqibinə qalib gəlib.

Qeyd edək ki, turun Premyer Liqada XVIII turun oyunları dekabrın 22-24-də keçiriləcək./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600