“Qarabağ” – “Nyukasl” matçının biletləri satışa çıxarılır
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində 18 fevral 2026-cı il tarixində keçiriləcək “Qarabağ” – “Nyukasl” matçı üçün biletlər sabah gün ərzində satışa çıxarılacaq.
Bu barədə Yenicag.az-a “Qarabağ” klubunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, biletləri yalnız rəsmi satış kanalı olan iTicket.az vasitəsilə onlayn şəkildə əldə etmək mümkündür: “Azarkeşlərdən xahiş olunur ki, bilet alarkən yalnız etibarlı və rəsmi mənbələrdən istifadə etsinlər”.
Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” matçı fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.












