"Qarabağ" "Qalatasaray"a uduzdu - YENİLƏNDİ

media-hightechnic-468x90

Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandası arasında xeyriyyə oyunu keçirilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı qonaqlar açıblar. 4-cü dəqiqədə Bafetimbi Qomis fərqlənib. 18-ci dəqiqədə “köhlən atlar”ın heyətində Redon Cica bərabərlik qolunu vurub. Son nöqtəni isə 87-ci dəqiqədə qonaqların hücumçusu Mauro İkardi qoyub. Argentinalı forvard penaltini dəqiq yerinə yetirib.

Matçı Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib.

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

***

Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyununda  növbəti qol vurulub. 

“Köhlən atlar”ın heyətində Redon Cica 18-ci dəqiqədə tarazlığı bərpa edib – 1:1.

***

Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab açılıb.

4-cü dəqiqədə İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib.

***20:00

Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında yoldaşlıq oyunu başlayıb.

Yenicag.az xəbər verir ki, Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da start götürüb. Matçı FIFA referisi Əliyar Ağayev idarə edir.

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05