!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağ qazisi” adından istifadə edən təxribatçılar - VİDEO

!Reklam – Yazi

Bir neçə gün bundan əvvəl Qarabağ əlillərinin SOCAR əməkdaşları tərəfindən döyülməsi ilə bağlı müxtəlif xəbərlər yayılıb.

Yenicag.az bildirir ki, cəmiyyətin hadisəyə münasibəti birmənalı olmayıb. Belə ki, sonradan araşdırma zamanı məlum olub ki, bəzi şəxslər Qarabağ əlili adından istifadə edərək, özünü bu məsələdə haqlı çıxarmaq istəyib. Bu səbəbdən də, əksəriyyət bu insidenti özünə “Qarabağ qazisi” deyən insanlara yaraşdırmayıb.

Xəbərin qısa təfərrüatına gəldikdə, hadisə SOCAR-ın Şirvan Böyük Şor neft kəməri ərazisində qanunsuz tikintiyə icazənin verilməməsiylə başlayıb. Qazi adından istifadə edən bu şəxslər əsas təbəqə olduqlarını əllərində bayraq edərək SOCAR əməkdaşlarına hücum ediblər.

Görüntülərdən də aydın olur ki, mühafizə və polis əməkdaşları onlara əl qaldırmayıb və hadisənin insidentsiz başa çatmasına çalışıblar. Onlar isə SOCAR-ın əməkdaşlarına və xidməti maşınlarına hücum etməklə yanaşı dövlətə qarşı qanunsuz çağırışlar səsləndiriblər. Hətta həmin şəxslərin hadisə yerinə nömrəsiz avtomobillərlə gəlməsi, xəsarət yetirməsi, kənar şəxslər tərəfindən idarə olunması da aydın sezilir.

Yenicag.az mövzu ilə bağlı hazırlanmış videogörüntüləri təqdim edir:

 

COP29

www.yenicag.az

1440
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv