!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” “Qəbələ”ni məğlub etdi

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, sonuncu matçda “Qarabağ” “Qəbələ”ni qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin qollarını 7-ci dəqiqədə Hamidu Keyta, 64-cü dəqiqədə Nəriman Axundzadə, 90+2-ci dəqiqədə Juninyo Olavio vurub.

Xallarının sayını 32-yə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. “Qırmızı-qaralar” isə 11 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Zirə”ni (1:0), “Sabah” “Kəpəz”i (2:0) məğlub edib. “Araz-Naxçıvan” – “Səbail” (1:1) və “Turan Tovuz” – “Sumqayıt” (2:2) qarşılaşmaları heç-heçə yekunlaşıb./Report/

COP29

www.yenicag.az

221
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv