!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” qələbə qazandı - YENİLƏNDİ / VİDEO

!Reklam – Yazi

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında “Qarabağ” səfərdə “Linkoln”la (Cəbəllütariq) qarşılaşıb.

Yenicag.az xəbər verir ki, qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesab fasilə ərəfəsində açılıb. 45+2-ci dəqiqədə Juninyo fərqlənib. “Köhlən atlar”ın ikinci qolunu isə 75-ci dəqiqədə Toral Bayramov vurub.

Qeyd edək ki, “Qarabağ” və “Linkoln” arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək./Report/

***

Toral Bayramovun 75-ci dəqiqədə vurduğu qolla “Qarabağ” hesabı 2:0 edir.

***

“Qarabağ” 45+2-ci dəqiqədə hesabı açdı. Juninyo adını tabloya yazdırır – 0:1.

***

Oyun başladı.

***

“Qarabağ” və “Linkoln” komandaların start heyətləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

“Linkoln”: 1. Nauset Santana, 6. Bernardo Lopes, 10. Andre Tjey de Barr, 11. Culian Valerino, 15. Rafael Munyos, 18. Toni, 20. İtan Britto, 21. Nano, 22. Qrem Torilya, 23. Co, 24. Con Sarcent

Ehtiyat oyunçular: Villanueva, Hankins, Ayeş, Yahaya, Qomez, Martin, Klinton, Cid, Çiortino, Burnet, Villakanas

“Qarabağ”: 97. Fabiyan Buntiç, 27. Toral Bayramov, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 8. Marko Yanukoviç, 6. Julio Romao, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olaviyo Juninyo

Ehtiyat oyunçular: 1.Şahruddin Məhəmmədəliyev, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 2.Mateus Silva, 20. Riçard Almeyda, 24.Aleksey İsayev, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19.Redon Cica

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

COP29

www.yenicag.az

448
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv