“Qarabağ” – “Roma” matçından öncə böyük təhlükə

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” qrup mərhələsinin ikinci matçında “Roma”nı qəbul edəcək.

Yenicag.az xəbər verir ki, qarşılaşmanın satışa buraxılan bütün biletləri tükənsə də, matçın keçiriləcəyi Bakı Olimpiya Stadionu dolmaya bilər. Buna səbəb onlayn bilet alanların vauçerlərinin əllərində qalmasıdır. Əldə etdiyimiz məlumata görə, oyunun başlamasına təxminən 4 saat qalsa da, hələ də 20 min azarkeş biletlərini kassalardan ala bilməyiblər.

Problemə səbəb  kassalarda işləyən şəxslərin azlığı və ləng tərpənməsidir. Belə ki, bir nəfərin yola salınması üçün təxminən 10-15 dəqiqə vaxt sərf olunur ki, bu da uzun növbələrin yaranmasına gətirib çıxarır.

Emin Səfərov