"Qarabağ" "Sabah"la oyunda yaşananlara görə 8700 manat ziyana düşüb

media-hightechnic-468x90

AFFA “Qarabağ”ı 8700 manat cərimələyib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Martın 1-də keçirilən “Turan Tovuz” – “İmişli” matçında meydan sahiblərinin 4 futbolçusunun sarı vərəqə alması səbəbindən Tovuz təmsilçisi 700 manat cərimə olunub.

Həmçinin həmin gün baş tutan “Qarabağ” – “Sabah” qarşılaşmasında Ağdam klubunun 5 oyunçusu xəbərdarlıq aldığı üçün komanda 700 manat məbləğində cərimələnib.

Bundan əlavə, “Qarabağ”ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığı üçün klub daha 8000 manat cərimə edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05