Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.
Yenicag.az xəbər verir ki, qitənin bir nömrəli yarışında ölkəmizi təmsil edən “Qarabağ” da meydana çıxıb.
Son Azərbaycan çempionu doğma azarkeşləri önündə Moldovanın “Şerif” klubunu qəbul edib.
Qurban Qurbanovun yetirmələrinin 90 dəqiqə ərzində etdiyi cəhdlər faydasız olub. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Cütün taleyinə Moldovada keçiriləcək oyunda aydınlıq gələcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
25 iyul
21:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova) – 0:0
Baş hakim: Sergey Sinkeviç
Baş hakimin köməkçiləri: Yevgeni Romanav, Vitali Malyutsin (hər ikisi Belarus)
Dördüncü hakim: Viktor Şimusik (Belarus)
UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
www.yenicag.az