“Qarabağ” “Turan Tovuz”u məğlub etdi

media-hightechnic-468x90

Azərbaycan Premyer Liqasında II turun oyunları davam edir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, günün yeganə matçı “Azersun Arena”da keçirilib.

Son çempion “Qarabağ” “Turan Tovuz”u sınağa çəkib. Açılış turunda ağdamlılar gözlənilmədən “Zirə”yə məğlub olmuşdularsa, Tovuz təmsilçisi “Araz-Naxçıvan”ı üstələmişdi.

Qurban Qurbanovun kollektivi bu dəfə sensasiyaya imkan verməyib. Matçda hesabı 30-cu dəqiqədə Juninyo açıb. 66-cı dəqiqədə Abdullah Zubir fərqi iki topa çatdırıb. Cəmi üç dəqiqə sonra bu dəfə Adama Diakabi adını tabloya yazdırıb.

Bu, həm də qarşılaşmada son qol olub və “Qarabağ” rəqibini 3:0 hesabı ilə məğlub edib. Bununla son çempion cari mövsümdə ilk qələbəsini qazanıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Qəbələ”ni (2:0), “Zirə” “Kəpəz”i (1:0) məğlub edib. Avqustun 14-də “Neftçi” “Səbail”lə üz-üzə gələcək. “Sumqayıt” – “Sabah” qarşılaşması ilə təxirə salınıb./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05