“Qarabağ” bu mövsüm Avropa Liqasında ilk oyununa çıxır.
Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiyanın “Viktoriya” klubuna məğlub olaraq mübarizəni Avropa Liqasında davam etdirən Ağdam klubu “pley-off” mərhələsində İsveçin “Göteborq” klubu ilə qarşılaşır. Qurban Qurbanovun komandası cütün qalibi olarsa, tarixində ardıcıl üçüncü dəfə Avroliqanın qrup mərhələsində mübarizə aparacaq.
Avropa Liqası, “pley-off” mərhələsi
İlk oyun
21:00. “Göteborq” (İsveç) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: Pavel Raçkovski, Radoslav Sijka, Mixal Obukoviç, Tomaş Kvyatkovski (hamısı Polşa)
Qotenburq, “Gamla Ullevi” stadionu
Qeyd edək ki, cavab görüşləri bir həftə sonra keçiriləcək.
Oyunun 56-cı dəqiqəsində Albaek hesabı açır. 0:1.
22:24
***
Oyun təmsilçimizin 0:1 hesablı məğlubiyyəti ilə başa çatır.
www.yenicag.az