“Qarabağ” UEFA reytinqində irəlilədi

media-hightechnic-468x90

Azərbaycan çempionu “Qarabağ” UEFA reytinqində mövqeyini bir qədər də gücləndirib.

Yenicag.az xəbər verir ki,  bu, Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandası ilə hər iki matçdakı qələbəsi (1:0, ilk oyunda 3:0) sayəsində mümkün olub.

Qurban Qurbanovun komandası bu uğur sayəsində ÇL-də 3-cü raunda vəsiqə qazanıb.

Ağdam təmsilçisi bu oyunlardakı qələbələrə görə UEFA reytinqində 4 pillə irəliləyərək 65-ci yerə qalxıb. Azərbaycan çempionu 2024/25 mövsümünü reytinqində 69-cu yerdə başa vurmuşdu.

Reytinq son 5 mövsümün nəticəsinə əsasən hazırlanır.

Xatırladaq ki, “Qarabağ”ın dünən “Şelburn” üzərindəki qələbəsindən sonra Azərbaycan da UEFA reytinqində 29-cu yerdən 28-ci pilləyə yüksəlib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa