“Qarabağ” və “Neftçi” cəzalandırıldı

media-hightechnic-468x90

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Yenicag.az xəbər verir ki, iclasda Premyer Liqanın XVII turunda qeydə alınmış qayda pozuntularına hüquqi qiymət verilib.

“Kəpəz”lə oyunun 26-cı dəqiqəsində, həmçinin matç bitdikdən sonra “Sumqayıt” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimə edilib.

“Səbail”lə görüşdə təcavüzkar davranışa – rəqibə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alan “Qəbələ”nin futbolçusu Samuel Tette ikisi şərti olmaqla 4 oyun cəzalanıb. Qanalı hücumçu bölgə təmsilçisini 3000 manat ziyana salıb.

“Araz-Naxçıvan”la oyunda 4 futbolçusu sarı vərəqə görən “Sabah” klubu 700 manat cərimələnib.

“Qarabağ” – “Neftçi” matçında hər iki komandanın azarkeşləri tərəfindən rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə klublar ayrılıqda 1000 manat cərimə ödəyəcəklər.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600