!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ veteranı və şəhid qardaşından kompensasiya TƏLƏBİ:  "FINCA Azerbaijan"da qaranlıq "KREDİT DOSYESİ" / ŞİKAYƏT

!Reklam – Yazi

Redaksiyamıza Xankişiyev Ehtiram Xankişi oğlu tərəfindən şikayət daxil olub.

Yenicag.az-ın əməkdaşı ilə söhbətində bankla üzləşdiyi problemlə bağlı şikayətini səsləndirən vətəndaş bildirib ki, 2014-cü ildə tanışı Sədrəddinov Ramal Nadir oğluna zamin duraraq “FINCA Azerbaijan” bankından 5.000 dollar məbləğində kredit götürdüyünü qeyd edib.

Şikayətçi, əlavə ki, bir neçə ay sonra isə həmin şəxs məbləği ödəmədiyi üçün öz aylıq əməkhaqqısının yarısı kreditə cəlb olunub:

“2014-cü ildə 1 ABŞ dolların məzənnəsinin 0.78 AZN olduğu zaman 5.000 dollar məbləğində kredit əldə etdik. Daha sonra 2015-ci il fevralın 21-i Azərbaycan manatının devalvasiyası ilə dollar 1.05 AZN təyin edildi. 2015-ci ilin dekabrında isə 1 ABŞ dolları 1.55 manat səviyyəsinə çatdı. Bu zaman devalvasiya fonunda həmin məbləğ təqribən 99% daha da artdı. Sadalanan amillər çərçivəsində sözügedən krediti ödəməyi davam etdirdim. Həmin dövr üçün Prezident İlham Əliyev devalvasiyaya görə problem yaşayanların məsələsini həll etmək üçün 28 fevral 2019-cu ildə güzəştlər nəzərdə tutulan Sərəncamı imzaladı. Nəticədə, bank əməkhaqqımdan məbləğ tutulan 50%-i dayandırdı. Bu vaxta qədər ümumilikdə 4.600 manat ödənişi etdim”.

 

Onun sözlərinə görə, buna baxmayaraq məsələni aydınlaşdırmaq üçün fəaliyyət göstərdiyi əmək müəssisəsinə zəng edib:

“Mənə bildirildi ki, Prezidentin Sərəncamına uyğun olaraq, devalvasiya səbəbindən əziyyət çəkən fiziki şəxslərin problemli kreditləri öz həllini tapıb. Həmçinin, 2019-cu il iyul ayında Sərəncama uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Sədrəddinov Ramala 3.759 manat məbləğində kompensasiya ödənilib.

Lakin 2022-ci ildən etibarən, bank tərəfindən borcumuzun olması ilə bağlı xəbərdarlıq edilərək yenidən əməkhaqqım tutulmağa başlandı. Səbəbi soruşduqda, Sərəncamın bizə aid edilmədiyini və sistemdə yanlışlıq olduğunu əsas gətirdilər. Maraqlı sual yaranır, əgər elə idisə nə üçün bank tərəfindən 2019-cu ildə borcumuzun ödənildiyini dedilər? Bu sərəncam bizə aid deyildisə, nə üçün 3 il ərzində faiz çıxılmadı və nəyə görə kompensasiya banka yox, vətəndaşa ödənildi?”

Həmsöhbətimiz vurğulayıb ki, sadalanan amilləri nəzərə alaraq məsələnin həlli üçün Siyəzən Rayon Məhkəməsinə müraciət edib:

“İşimə baxılması üçün şikayətim Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə yönləndirildi. Uzun müddət davam edən proseslərə baxmayaraq, heç bir nəticə əldə edilmədi. Eyni zamanda, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi də işi Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinə yönləndirdi. Burada da müsbət nəticə ala bilmədim və Milli Məclisə, Baş Prokurorluğa, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatına şikayət ərizəsi verdim”.

Hazırda şikayətçi tələb edir ki, 2014-cü ildə zamin durduğu 5.000 dollar məbləğində vəsaiti hazırkı məzənnəyə uyğun ödəsin:

“Verilən kompensasiya məbləğinin isə mənə heç bir aidiyyəti yoxdur. Həmin məbləğ mənə yox, xəbərim olmadan digər şəxsə ödənilib. Lakin bank həmin məbləğin də mənim tərəfimdən ödənilməsini istəyir. Aidiyyəti qurumların məsələyə adekvat və obyektiv yanaşmasını xahiş edirəm”.

Xatırladaq ki, Xankişiyev Ehtiram Xankişi oğlu Birinci Qarabağ müharibəsinin veteranı və I Qarabağ müharibəsinin “Azərbaycan Bayrağı” ordenli şəhidi Xankişiyev Ağaqulunun qardaşıdır.

Qeyd edək ki, şikayətdə adıçəkilən qurumlar və sözügedən bankın mövqeyini dərc etməyə hazırıq.

www.yenicag.az

337
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv