Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.
Yenicag.az-ın məlumatına görə, hazırkı çempion “Qarabağ” debütant “Sabah” komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol fasilə ərəfəsində vurulub. 44-cü dəqiqədə Elgün Nəbiyev “Qarabağ” müdafiəçilərinin səhvindən sonra qapıçı Şahrudin Məhəmmədəliyevlə təkbətək çıxaraq, hesabı açıb. 45+1-cidəqiqədə isə Yakub Jezniçak künc zərbəsindən sonra bərabərlik qoluna imza atıb.
Oyun bu hesabla da başa çatıb.
Bu heç-heçədən sonra xallarını 24-ə çatdıran “Qarabağ” 2-ci, 17 xala malik “Sabah” isə 4-cü pillədə qalıb.
www.yenicag.az