“Qarabağ” Zubirlə bağlı qərarını verdi

media-hightechnic-468x90

“Qarabağ” klubu təcrübəli vingeri Abdullah Zubirin mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmağa qərar verib.

Yenicag.az xəbər verir ki, mərakeşəsilli fransalı futbolçuya bu barədə məlumat verilib. Başqa klublardan təklifləri olan 32 yaşlı vingerin ilk seçimi Ağdam təmsilçisində qalmaq olacaq. Bu səbəbdən tərəflər arasında danışıqlar uğurlu alınacaq.

“Qarabağ” Zubirə ikiillik sözləşmə təklif edib və yaxın həftələrdə anlaşmanın rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, fransalı 2018-ci ildən “köhlən atlar”ın uğurları üçün çalışır./Pressing.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa