Qarabağda içməli su təchizatı ilə bağlı görülmüş işləri açıqlandı

media-hightechnic-468x90

Füzuli şəhərinin xarici su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsi üzrə 11.4 km magistral su xətti, müxtəlif diametrli borularla 4.4 km artezianlararası su xətti, 1.8 km kanalizasiya kollektor xətti çəkilib.

Yenicag.az xəbər verir ki, bunu  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi İlham Quliyev deyib.

Onun sözlərinə görə, qeyd olunanlarla yanaşı Füzulidə 1 ədəd V=2×8500 m3 su anbarı-97% və 1 ədəd V=2×2500 m3 su anbarı -97% tikintisi, 6 ədəd subartezian quyusunun tikinti işləri icra olunub.

İlham Quliyev bildirib ki, Laçın rayonunun Zabux, Sus, Bəylik və Güləbird kəndlərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində 4.36 km magistral su xətti, 1 km kanalizasiya kollektor xətti, 1 ədəd S.T.Q.K-nin tikintisi-55%, 1 ədəd 2×500 m3 su anbarının tikintisi-80%, 1 ədəd 2×250 m3 su anbarının tikintisi-80%, 1 ədəd kanalizasiya nasos stansiyasının tikintisi-95% və 1 ədəd T.S.T.Q-nin tikintisi-65% icra olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600