!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağda rus hərbçiləri üçün 25 ŞƏHƏRCİK: “Onların burada əbədi qalması mümkünsüzdür” - Ədalət Verdiyev

!Reklam – Yazi

“Rusiyanın Qarabağla bağlı marağı fərqli olsa idi, Azərbaycan hakimiyyəti onların buraya belə asanlıqla daxil olmasına imkan verməzdi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Rusiya sülhməramlı qüvvələri üçün Qarabağda hər biri 250 nəfərlik 25 modul tipli şəhərcik salınmasına, Rusiya Dövlət Duması deputatlarının səsləndirdiyi “Qarabağ Rusiyaya birləşdirilməlidir” fikrinə və cəmiyyətdə bununla bağlı yaranan narahtlığıa münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev deyib.

Ədalət Verdiyev bildirib ki, Rusiyanın Qarabağda öz sülhməramlıları üçün modul tipli şəhərciklər salması anlaşılandır, ancaq bunun sayının 25-ə yüksəldilməsi normal deyil:

“Rusiya sülhməramlı qüvvələrinin Qarabağda modul tipli yaşayış şəhərciklərinin saldığı barədə məlumatlar əvvəllər də yayılmışdı, indi də bu xəbərlərin yeni məzmunu həmin ölkənin Müdafiə Nazirliyi tərəfindən paylaşılıb. Burada Azərbaycan tərəfini narahat edən əsas məsələ Rusiya sülhməramlırının missiyasının hümanitar fəailiyyətlə uzlaşdırılaraq geniş miqyas alması və o ölkənin vətəndaşlarının Qarabağda yerləşdirilməsindən ibraətdir.

Sülhməramlı kontingentin 1960 nəfər həddində razılaşdırılması onu göstərir ki, onlar üçün 8 modul tipli şəhərcik tam yetərli idi. Rusiya öz statusuna, yəni qlobal güc statusuna uyğun olaraq, əsgərlərini çadırlarda saxlamaq istəməz. Rusiya əsgərləri və Qaarabağda olan rus hərbçilərinin valideyinləri də buna razı olmaz.

Bu baxımdan, onlar üçün hansısa modul tipli, daşınan şəhərciklərin salınması normaldır. Normal olmayan Rusiyanın bu şəhərciklərin sayını 25-ə qədər artırması haqda xəbərdir. Artıq mövcud olan 12 modul tipli şəhərcikdən əlavə, 13 şəhərçik də inşa etməkdədir. İnşa ediləcək bu şəhərciklər 6 mindən çox hərbçinin yerləşdirilməsi üçün nəzərdə tutulub.

Bu isə belə deməyə əsas verir ki, Rusiyanın Qarabağda yerləşdirdiyi kontingent hərbçilərlə yanaşı, həm də mülki əməkdaşlar, minaaxtaran qrupları, tikinti-inşaat işçiləri, tibbi personalın sayı ümumilikdə 4 min nəfərdən az olmayacaq”.

Rusiya Dövlət Dumasında “Ədalətli Rusiya” fraksiyasının rəhbəri Sergey Mironovun “Qarabağ Rusiyaya birləşdirilməlidir” fikirini səsləndirilməsinə gəldikdə isə hərbi ekspert bunları deyib:

“O partiyanın Rusiyada ciddi reytinqi yoxdur, həmin siyasi təşkilatı bəlkə də ölkədə çoxları tanımır. Görünür ki, bu partiya “mən də varam” düşüncəsindən çıxış edərək, Qarabağın Rusiyaya birləşdirilməsinə dair yaramaz fikir səsləndirib. Belə çıxır, Mironovun nə Rusiyanın siyasi mövqeyindən, nə də üçtərəfli bəyanatda yazılan 9 bənddən xəbəri yoxdur. Rusiya rəsmi olaraq açıqlayıb ki, Qarabağ Azərbaycan ərazisidir və bizim orada qalmağımız mümkün deyil. Qarabağın Azərbaycan ərazisi olduğunu bütün dünya qəbul edib. Onların burada əbədi qalması mümkünsüzdür.

5 il ərzində proseslər həll olub, barışıq əldə ediləcəksə, 4 ildən sonra vaxtın uzadılması ilə bağlı tərəflərdən biri qərar verməsə, o zaman Rusiya sülhməramlıları Qarabağdan çıxmalı olacaqlar. Belə olan halda Rusiya hansı şərtlərlə Qarabağda qalmağa davam edə bilər? Xatırladıram ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən az sonra Rusiya hərbi qüvvələrini ölkədən tamamilə çıxramışıq. Rusiyanın son hərbi kontingenti isə 2012-ci ildə Qəbələni tərk edib.

Rusiyanın Qarabağla bağlı marağı fərqli olsa idi, Azərbaycan hakimiyyəti onların buraya belə asanlıqla daxil olmasına imkan verməzdi. ABŞ onsuz da buraya gəlməkdən imtina edirdi, Fransa “Qaaabağ Ermənistandır” bəyanatını səsləndirirdi, həmsədr ölkələrdən yeganə Rusiya bizim üçün çox vacib olan “Qarabağ Azərbaycan ərazisidir” bəyanatını verdi. 1994-cü ildə əldə olunan atəşkəs razılaşmasında Rusiya kontinegntinin bu ərazilərə gəlməsi həll olmuşdu”.

Cəmiyyətdəki əsaslı narahatlıqla bağlı isə Ədalət Verdiyev aşağıdakı fikirləri diqqətə çatdırıb:

“Cəmiyyətdəki narahatlıq başa düşüləndir. Qarabağ hamının çox həssas yanaşdığı, diqqətlə izlədiyi bir mövzdudur. Qarabağ beş-üç adamın, hətta sadəcə, xalqın da mövzusu deyil. Qarabağ regionun, üstəgəl 130 milyonluq türkün mövzusudur. Bu mövzu bizim qədər Türkiyədə, Rusiyada, İranda, Gürcüstanda yaşayan azərbaycanlıar tərəfindən də diqqətlə izlənilir.

Bu qədər insanın hadisələrə müxtəlif yanaşması olacaq. İndiki prosesləri obyektiv qavramaq üçün ən azı 90-cı illərin əvvəllərinə nəzər salmaq lazımdır. Bu günün prizmasından baxmaqla proses irəliləyə bilməz. Yenə deyirəm, 1994-cü ildə imzalanmış atəşkəs sazişinə baxdıqda, Rusiya sülhməramlılarının ərazidə yerləşdirilməsinin o sənəddə öz əksini tapdığını görərik. Ona görə də məsələlərə daha geniş prizmadan baxmaq lazımdır”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

1159
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv