!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağdan təcili tibbi yardım maşınları ilə torpaq daşınması: Bu, mümkündür? - Mütəxəssis RƏYİ

!Reklam – Yazi

“Təcili tibbi yardım maşınının yük götürmə qabiliyyəti 500 kiloqramdır. 1 qram qızıla görə bu işi görmək məntiqsizlikdir”.

Bunu Qarabağdan təcili tibbi yardım və sülhməramlıların maşınları ilə torpaqların daşınması və qızıl istehsal edilməsi iddiaları ilə bağlı danışan 2009-2010-cu illərdə Gədəbəydəki qızıl yataqlarının təhlükəsizlik xidmətinin rəisi vəzifəsində işləmiş istefada olan polkovnik-leytenant, hərbi ekspert  Daşdəmir Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Daşdəmir Əliyev bildirib ki, səsləndiilən iddiaların reallıqda əsası yoxdur:

“İctimaiyyətdə çaşqınlıq yaradırlar ki, təcili tibbi yardım və sülhməramlıların maşınları ilə qızıl daşıyırlar. Qızılın istehsalı ağır prosesdir. Öncə qızılın yeri müəyyən olunmalı, faydalı süxur tapılmalıdır. Bütün torpaqlardan qızıl, əlvan metal istehsal etmək mümkün deyil. Öncə faydalı torpağı tapmaq lazımdır. Əgər bir ton torpaqdan, süxurdan 2 qram və ya daha çox qızıl, digər əlvan metallar alınarsa, o halda yatağın istifadə edilməsi mənfəətli hesab edilir. Qızılı istehsal etmək son dərəcə ağır və ciddi prosesdir.

Simens qardaşları Gədəbəydə bir zamanlar qızılı qızılın axar damarını tapmaq yolu ilə istehsal ediblər. Vulkan püskürəndən sonra əlavan metallar gec soyduğundan zolaqlar şəklində qalıblar. Simens qardaşları vaxtilə azyaşlı uşaqları istismar ediblər. Uşaqlar və balacaboy adamlar qaza-qaza gedib zolaqları tapır və yığırmışlar. Ancaq müasir dövrdə qızıl istehsalı bu şəkildə olmur.

Təcili tibbi yardım maşınının yük götürmə qabiliyyəti 500 kiloqramdır. 500 kiloqram torpaqda 1 qram qızıl ola bilər. 1 qram qızıldan ötrü o qədər torpağı daşımağın heç bir mənası yoxdur”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

449
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv