!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”ın Çempionlar Liqasında potensial RƏQİBLƏRİ: Komandamız oyuna bu heyətlə çıxacaq

!Reklam – Yazi

“Qarabağ”ın rəqibi “Linkoln”, yaxud “Hamrun” olmasına baxmayaraq, hər iki komandanı həmyerlilərimiz çox rahatlıqla keçə bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Çempionlar Liqasının təsnifat mərhələsində “Qarabağ”ın potensial rəqiblərini dəyərləndirən idman jurnalisti Ağa Dadaşzadə deyib.

Ekspert “Qarabağ”ı artıq avrokuboklarda ən azı Konfras Liqasının qrup mərhələsində görür.

“Potensial rəqiblərin biri Cəbəlüttariqin “Linkoln”, digəri isə Maltanın “Hamrun”udur. Mən nəinki ikinci təsnifat mərhələsində rəqibləri, kimliyindən asılı olmayaraq, bundan sonrakı mərhələdə də qarşılaşacağı rəqibi komandamızın “dişi”nə görə hesab edirəm”, – deyə o əlavə edib.

Lakin o qeyd edib ki, növbəti mərhələdə sürpriz rəqiblər də çıxa bilər:

“Bu turda isə “Qarabağ”ın rəqibi “Linkoln” yaxud “Hamrun” olmasına baxmayaraq, hər iki komandanı həmyerlilərimiz çox rahatlıqla keçə bilər. Bu iki komandanın oyununa gəldikdə, hər iki komanda bir-biri ilə mübarizə aparacaq. İlk oyuna baxsaq, “Linkoln” “Hamrun üzərində bir topla qələbəyə sevinmişdi. Hesab edirəm ki, cavab oyununda da maraqlı oyun izləyə biləcəyik. Lakin hər iki komandanı hətta komandamız ikinci heyətlə oyuna çıxsa belə “Qarabağ”ın səviyyəsində olacaq komanda saymıram”.

A.Dadaşzadə qeyd edib ki, komanda da heyət formalaşması çox yaxşı səviyyədə gedir:

“Bildiyimiz kimi, Qurban Qurbanov rəsmi olaraq birinci və ikinci heyəti formalaşdırıb. Hər iki heyətdə də həm yerli, həm də legioner futbolçular var. Düşünürəm ki, “Qarabağ” növbəti mərhələdə oyuna ikinci heyətlə çıxacaq. Komandamızın yoxlama matçlarında çıxdığı oyunlarda da görürük ki, heyət formalaşması çox yaxşı səviyyədə gedir. Düşünürəm ki, “Qarabağ” artıq növbəti mərhələni keçib”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

307
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv