"Qarabağ"ın futbolçusundan kitab yazıldı - FOTO

media-hightechnic-468x90

“Qarabağ”ın futbolçusu Dino Ndlovu haqqında kitab yazılıb.

Yenicag.az xəbər verir ki, Cənubi Afrika Respublikası millisinin üzvü barədə yazılan kitab “Qələbə qolu” adlanır.

Bu barədə futbolçunun özü şəxsi “instagram” hesabında paylaşım edib.

O, kitaba görə, müəllif Sizvi Feys Sitoleyə təşəkkürünü bildirib.

Qeyd edək ki, kitabın üz qabığında Ndlovunun “Qarabağ”ın heyətində “Kopenhagen”ə vurduğu qolun sevincini yaşayarkən çəkilən fotosuna yer verilib.

“Bu hissləri supermarketdən ala bilmərsiz. Bunun üçün çalışmalısan. Həyatımın ən gözəl anlarından biridir”, deyə kitabın üz qabığında yazılıb.

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə məhz Dino Ndlovunun Danimarka təmsilçisinə vurduğu qol sayəsində vəsiqə qazanmışdı.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600