“ATƏT bütün münaqişələrə aktiv cəlb olunub. ATƏT Parlament Assambleyası üçün əsas prioriterlərdən biri münaqişələrdə vasitəçilik missiyası və münaqişələrin sülh yolu ilə həllidir”
Yenicag.az xəbər verir ki, bunu Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli jurnalistlərə açıqlamasında deyib.
“Biz dəfələrlə açıq şəkildə bəyan etmişik ki, müəyyən məsələlərdə, o cümlədən həlli uzanan münaqişələrlə bağlı boşluqlar var. Bu, Dağlıq Qarabağ münaqişəsinə də aiddir. Biz ATƏT in Minsk qrupunun səylərini dəstəkləyirik. Münaqişənin həlli üçün başqa mexanizm yoxdur. Sülh yolu ilə həll yeganə yoldur”, – deyə ATƏT Pa sədri vurğulayıb.
www.yenicag.az