Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın bu gün Belarusun BATE klubu ilə Bakıda keçirəcəyi ilk oyunda anşlaq gözlənilir.
Klubun mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, artıq oyun üçün 23 min bilet satılıb. Oyun saatına kimi digər biletlərin də satılıb bitəcəyi və stadionun tribunalarının tam dolacağı istisna olunmur.
Qeyd edək ki, “Qarabağ” – BATE oyunu saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Arenanın 31 mindən çox tamaşaçı tutumu var.
www.yenicag.az