!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”ın oyununun yeri dəyişdirildi

!Reklam – Yazi

“Qarabağ”ın müraciəti, “Kəpəz”in razılıq məktubu ilə Azərbaycan Premyer Liqasının II dövrəsinin “Kəpəz” – “Qarabağ” və III dövrəsinin “Qarabağ” – “Kəpəz” oyunlarının yerləri dəyişdirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, bu addım Ağdam təmsilçisinin UEFA Avropa Liqasının qrup mərhələsində Almaniya klubu “Bayer 04” ilə görüşə daha yaxşı hazırlaşa bilməsi məqsədilə atılıb.

Beləliklə, XII turun duelində “Qarabağ” “Kəpəz”i qəbul edəcək. Noyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.

Komandaların əvəzedici heyətləri arasında keçirilən görüşlərlə bağlı əvvəlcədən açıqlanmış cədvəldə heç bir dəyişiklik edilməyib.

www.yenicag.az

252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv