!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”ın “Rakov”la QİSAS MATÇI: “Rəqib təmsilçimizin “dişinə görə”dir” - PROQNOZ

!Reklam – Yazi

“Qarabağ” bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa “Rakov”u ilə cavab oyununa çıxacaq.

Bugünkü oyunu dəyərləndirən idman jurnalisti Mehman Süleymanov “Qarabağ”ın bu mərhələni keçmə şansının daha çox olduğunu bildirib:

“Qarabağ”ın Polşa komandaları ilə avrokuboklar dueli həmişə uğurlu alınıb. Təsadüfi deyil ki, indiyədək 4 duelin hamısında mərhələni keçən tərəf məhz “Qarabağ” olub. Keçən yay “Lex”ə də Polşada 1 top fərqiylə uzudmuşdu. Amma Bakıda onu 5:1 darmadağın etdi. Sadəcə, bu dəfə Tofiq Bəhramov adına Respublika stadionunda yox, Bakı Olimpiya Stadionunda oynayacaq. “Qarabağ” səfərdə 0:2-ni qısa müddətdə 2:2 etməklə göstərdi ki, “Rakov” “dişinə görə” komandadı. İnanıram ki, Qurban Qurbanovun komandası yenə polşalıları keçəcək. Bu dəfə də çempionumuzdan evdə inamlı qələbə gözləyirəm”.

İdman jurnalisti Azər İsmayıl isə “Qarabağ”ın ənənəvi oyun nümayiş etdirəcəyini deyib:

“İnanıram ki, hər zaman olduğu kimi komandamız yenə də layiq olduğu qələbəni qazanacaq. “Qarabağ”ın ənənəvi tərzində oyun nümayiş etdirəcəyini gözləyirəm. Yenə topa nəzarət edən tərəf biz olacağıq. İlk dəqiqələrdən “Qarabağ” oyuna yüksək təzyiqlə başlaya bilər. Komandamız daha çox riski gözə alacaq. Birinci oyun göstərdi ki, “Qarabağ” asan olmasa da, “Rakov”u keçmək gücünə malikdir. Sadəcə fərdi səhvlər olmasa, sistem və məşqçi yanaşması olaraq komandamız “Rakov”dan üstündür. “Qarabağ” mümkün qədər soyuqqanlılığını qoruyaraq mərhələni keçə bilər.

“Köhlən atlar”a çətinlik törədən məqam onların Tofiq Bəhramovda deyil, Bakı Olimpiya Stadionunda oynaması olacaq. Çünki “Qarabağ”ın oyunları Tofiq Bəhramov stadionunda daha uğurlu alınır. İstənilən halda komandamıza inam böyükdür.

“Qarabağ”ın heyətində ciddi dəyişikliklərin olacağını gözləmirəm. Çünki Qurban Qurbanov elə bir məşqçi deyil ki, dərhal bir oyunçuya qarşı sərt qərarlar qəbul etsin. Adətən o, yaxşı performans sərgiləməyən futbolçulara ikinci şans verir və bu da effektli olur”.

Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Rakov” qarşılaşması yerli vaxtla 20:00-da start götürəcək. Oyunu almaniyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Sven Yablonski, yan xətt hakimləri isə Lasse Koslovski və Eduard Beytniger olacaq. 4-cü hakim funksiyasını Tobias Reyxel yerinə yetirəcək.

Qeyd edək ki, bu komandalar arasında ilk matç 3:2 hesabı ilə Polşa təmsilçisinin qələbəsi ilə başa çatıb.

Sadiq Cavadov

www.yenicag.az

418
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv