Qaradağda bıçaqlanma hadisəsi baş verib

media-hightechnic-468x90

88000Qaradağ rayonu Lökbatan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Axşam saatlarında 1 saylı şəhər xəstəxanasına Təcili tibbi yardım avtomobili ilə qarnının kəsilmiş deşilmiş yarası diaqnozu ilə naməlum şəxs daxil olub. Buna baxmayaraq, üzərində cərrahi əməliyyat aparılan xəstənin həyatını xilas etmək mümkün olub.

Araşdırmalar zamanı məlum olub ki, yaralı 34 yaşlı Kazımov Süleyman Musa oğludur. Bu qanlı hadisə barədə polisə də məlumat verilib. Müəyyən edilib ki, Süleyman Kazımov Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsi, 2-ci massivdə bıçaq yarası alıb.

Məlumata görə, Süleyman Kazımov 2 nəfər tanışı ilə kirayədə yaşadığı mənzildə yeyib-içiblər. Daha sonra dostlar arasında mübahisə yaranıb və həmin şəxslərdən biri onu stolun üstündəki bıçaqla vurub.

Hadisə yerindən qaçan şəxsi polis hələlik müəyyən edərək saxlaya bilməyib. Buna görə də yenicə əməliyyat olunmuş Kazımovun özünə gəlməsi gözlənilir.

Faktı Qaradağ rayon polis idarəsinin 10-cu polis bölməsi araşdırır(qafqazinfo).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600