!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaradağda ekoloji terror - DİN əks-tədbirlərə başladı

!Reklam – Yazi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Bakı şəhəri ərazisində sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, növbəti belə tədbir paytaxtın Qaradağ rayonu ərazisində keçirilib.

Reyd zamanı Puta qəsəbəsi ərazisində yerləşən “Karvan-L” MMC-nin nəzdində təkrar emal və utilizasiya sexinə aid olan zəhərli maddələrin yandırılması və qalaqlanması faktı aşkar edilib.

Qeyd olunan sexin müdiri R.Süleymanov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib edilmişdir.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

COP29

www.yenicag.az

816
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv