Qaradağda zəncirvari qəza-Fotolar

media-hightechnic-468x90

d901e503b1f4be0279a44e7ea4849524fgesasBakının Qaradağ rayonu ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.

Hadisə Bakı- Qazax magistralının 12-km də qeydə alınıb.

Asif İbrahimov idarə etdiyi “Volqa” markalı avtomobil ilə Ələt istiqamətində hərəkətdə olarkən qəfil geriyə dönərək əks yola keçmək istəyib. Bu zaman arxadan gələn, Şamil Bayramovun idarə etdiyi “Mercedes” markalı sərnişin mikroavtobusu “Qaz 31″ə, Faiq Əzizovun idarə etdiyi yük maşını isə sərnişin mikroavtobusuna çırpılıb. Baş verən qəzada “Mercedes”də olan bir sərnişin müxtəlif bədən xəsarətləri alıb.

Əraziyə Qaradağ Rayon Yol Polisinin əməkdaşları və təcili tibbi yardım maşını çağırılıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzanın baş verməsinə səbəb sürücü Asif İbrahimov yolun qadağan olunmuş hissəsində dönmə əməliyyatını həyata keçirmək istəməsi olub.

Faktla bağlı araşdırmalar aparılır(apa).

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600