Qaradərilinin öldürülməsində 6 polis ittiham edilir

media-hightechnic-468x90

14305557801119762149_750x500Baltimor prokurorluğu qaradərili Freddi Qreyın saxlanılmasında iştirak edən 6 polis zabitinə qarşı rəsmi ittiham irəli sürüb.

Yenicag.az azertac-a istinadən xəbər verir ki, Merilend ştatının Baş prokuroru Merilin Mosbi keçirdiyi mətbuat konfransında polis əməkdaşlarının həbsi üçün order verildiyini deyib.

ABŞ Prezidenti Barak Obama isə təhqiqatın aparılmasına kömək göstərmək üçün Ədliyyə Nazirliyinin Baltimor hökuməti ilə daim əlaqədə olduğunu bildirib.

Saytın məlumatına görə, qətldə rəsmən ittiham olunaraq saxlanılan 6 polisin 5-i girov müqabilində azad edilib.

Xatırladaq ki, aprelin 12-də Freddi Qrey adlı qaradərili amerikalı Baltimorda polis tərəfindən saxlanılıb və mikroavtobusa aparılıb. Bundan sonra hadisə yerinə çağırılan təcili tibbi yardım maşını onurğa sütunu qırılmış Qreyi xəstəxanaya çatdırıb. Lakin həkimlərin səyinə baxmayaraq aprelin 19-da vəfat edib.

Aprelin 25-də Freddi Qreyin ölümünə qarşı etiraz əlaməti olaraq Baltimorda nümayişlər başlayıb. Onun dəfnindən sonra başlayan nümayışlər kütləvi iğtişaşlar qarətçilik və polisə qarşı zorakılıq halları ilə müşayiət olunub. Şəhərdə fövqəladə vəziyyət və komendant saatı rejimi tətbiq edilib.

ABŞ-da son zamanlar polisin qaradərili vətəndaşlara qarşı lüzumsuz güc tətbiq etməsi səbəbi ilə tez-tez kütləvi iğtişaşlar baş qaldırır. 2014-cü ilin avqustunda silahsız Afrika əsilli şəxsin polis tərəfindən öldürülməsindən sonra Missuri ştatının Ferqüson şəhərində, daha sonra isə Nyu-Yorkda və Şimali Karolina ştatının Çarlston şəhərlərində də oxşar hadisələr və etiraz aksiyaları qeydə alınmışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600