Qardaş bacısını bıçaqladı – Bakıda

qetl13Bakıda qardaş bacısını bıçaqlayıb.

Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1980-ci il təvəllüdlü Ramin Əhmədov yaşadığı evdə qısqanclıq zəminində bacısı, 1991-ci il təvəllüdlü Ramiləyə bıçaqla çoxsaylı xəsarət yetirib.

R.Əhmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.