Pakistanda DƏHŞƏT - 23 ölü, 100 yaralı

media-hightechnic-468x90

Pakistanın Sind əyalətində ildırım vurması nəticəsində 100-ə qədər insan xəsarət alıb, 23 nəfər isə vəfat edib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, ölənlər arasında uşaq və qadınlar da var. Yaralananlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Məlumata görə, şiddətli yağışlarla müşahidə olunan ildırım düşməsi zamanı meşəlik ərazidə güclü yanğın baş verib. Təbii fəlakət nəticəsində yüzlərlə heyvan tələf olub.

Fövqəladə vəziyyət elan edilib.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600