Qardaş ölkədə koronavirusla bağlı son GÖSTƏRİCİLƏR: Ölüm sayı ən yüksək həddə çatdı

media-hightechnic-468x90

Türkiyədə yeni növ koronavirusdan gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb. Belə ki, son sutka ərzində COVID-19-dan 190 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.

Son 24 saatda 180 312 nəfər koronavirus testindən keçib, 6101 xəstənin COVID-19 testi pozitiv çıxıb, ümumilikdə isə simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə 30 110 nəfər COVID şübhəlisi olaraq qeydiyyata alınıb.

Ağır xəstə sayı isə 5303 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyədə indiyədək 506 966 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 13 936 nəfəri ölüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600