Qardaşı arvadını bıçaqlayaraq öldürdü - Səbəb

media-hightechnic-468x90

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ələkbər Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsin 13 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti icalsı martın 7-nə təyin edilib.

ttihama görə, ötən il avqustun 8-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Abdullayev Ələkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində bıçaqlayıb.

Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05