QAT-dan Bakıya gələcək erməni idmançılara böyük sürpriz

media-hightechnic-468x90

akif_nagiAkif Nağı: “Etiraz plakatlarını qaldırmaq, hay-küy salmaqla, yaxalarından yapışmaqla…”

Qarabağ Azadlıq Təşkilatı (QAT) erməni idmançıların bu ilin yayında Bakıda keçiriləcək 1-ci Avropa Yay Oyunlarına gəlməsi və yarışda iştirakı əleyhinədirlər. Qeyd edək ki, bu yarışda bütün idmançıların xərcləri də təşkilatçı ölkənin, yəni Azərbaycanın üzərinə düşür. Bu amil də QAT-ın narazılığı ilə qarşılanıb. Görəsən, QAT ölkəmizə gələcək erməni idmançılarının keçirdikləri yarışları pozmaq üçün hansı tədbirləri görmək niyyətindədir? Yenicag.az-a açıqlamasında QAT sədri Akif Nağı bildirdi ki, ermənilərin iştirakı ilə keçirilən yarışlarda etiraz plakatları qaldıracaq, hay-küy salacaqlar: “İdman zallarına daxil olmaq, ermənilərin Bakıda keçiriləcək yarışlarda iştirakını pozmaq üçün şəraitə uyğun olaraq addımlar atacağıq. Ermənilərin iştirak etdiyi oyunlar bizim tərəfdən pozulacaq. Etiraz plakatlarını qaldırmaq, hay-küy salmaqla, yaxalarından yapışmaqla, yəni ən müxtəlif formalarda tamaşaçılar adından üzvlərimiz ermənilərin iştirak etdiyi yarışların keçirildiyi zallara daxil olacaqlar”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600