Qatilin kimliyi bəlli oldu

media-hightechnic-468x90

qatilBakıda qadını xüsusi amansızlıqla öldürən şəxsin kimliyi müəyyənləşib.
Yenicag.az apa-ya istinadən bildirir ki, rayon prokurorluğu və polis əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin Əmri Süleymanov olması müəyyən edilib. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, fevralın 13-də Paytaxtın “Əli Ayağı” ziyarətgahına gedən yolda şəxsiyyəti məlum olmayan 30-35 yaşlı qadının meyiti tapılıb. Meyitə ilkin baxış zamanı onun üzərində çoxsaylı bıçaq xəsarətləri aşkar edilib.
Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində meyiti tapılan şəxsin 1968-ci il təvəllüdlü Rzayeva Xatirə Saməddin qızı olduğu məlum olub.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa