Qaxda 1 ailənin 5 üzvü zəhərləndi

media-hightechnic-468x90

 

Qaxda bir ailənin 5 üzvü işıq generatorunun tüstüsündən zəhərlənib.

Yenicag.az-ın məlumatına görə, zəhərlənmə ötən gün axşam saatlarında rayonun Ləkit kəndində baş verib.

Kənd sakinləri – 1986-cı il təvəllüdıü Vaqif Süleymanov, 1988-ci il təvəllüdlü Röyanə Süleymanova, eləcə də  15, 13 və 7 yaşlı övladları işıq generatorunun tüstüsünün evə daxil olması səbəbindən zəhərləniblər.

Zəhərlənənlər Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə daxil olub. Onlara müvafiq tibbi yardım göstərilib, vəziyyətlərinin yaxşı olduğu bildirilir./qafqazinfo/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600