!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaz və işıq limitinin ARTIRILMASI: “Məsələyə dövlət və vətəndaş aspektindən baxdıqda...”

!Reklam – Yazi

“Hər halda, dövlət vətəndaşlar üçün müəyyən kompensasiya ayıraraq istehlakçıya limit qoyur”.

Bu fikirləri əhaliyə tətbiq olunan qaz və işıq limitinin artırılmasına dair təklifləri dəyərləndirən iqtisadçı Elmir Səfərli Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, bu, ölkə gündəmində müntəzəm qaldırılan aktual məsələlərdən biridir:

“Bu məsələyə iki aspektdən yanaşmaq lazımdır: Dövlət və vətəndaş. Vətəndaş aspektindən baxdıqda, limitlərin artırılması məqsədəuyğundur. Çünki insanların müəyyən satınalma gücü var və həmin limitlərin qaldırılmasında bu amilin nəzərə alınması lazımdır.

Dövlət aspektindən yanaşdıqda isə su, qaz və işığın vətəndaşlara çatdırılmasının öz maya dəyəri var. Maya dəyəri isə istehsal xərclərinə uyğun olaraq hesablanır.

Hər halda, dövlət vətəndaşlar üçün müəyyən kompensasiya ayıraraq istehlakçıya limit qoyur. Məsələni bu yöndən qiymətləndirsək, o halda limitlərin artırılması o qədər də real görünmür”.

Nəsimi Ələsgərli

www.yenicag.az

387
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv