Qazax və Beyləqanda birmərtəbəli ev yandı

media-hightechnic-468x90

Qazax şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və 1 otağının tavanı 25 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Beyləqan rayonu, Yeni qəsəbə yaşayış massivində ümumi sahəsi 121 m² olan birmərtəbəli evdə 1 m² sahədə döşəmə, 1 ədəd televizor, 1 ədəd kondisioner, kreslo və yataq dəsti yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa