Qazaxda dəhşətli qətl - Şagird kollec tələbəsini öldürdü- TƏFƏRRÜAT

media-hightechnic-468x90

Qazax rayonunun Çaylı kəndində qətl hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, 1999-cu il təvəllüdlü yerli sakin Cələddinli Rahil Sübhan oğlu 17 yaşlı Qocayev Məhərrəm Kamran oğlu tərəfindən qətlə yetirilib.

Hadisə borc üstündə baş verib. Qazax Dövlət Sosial İqtisad Kollecinin III kursunda təhsil alan R.Cələddinli Qazax rayon 2 saylı Çaylı kənd orta məktəbinin 11-ci sinif şagirdi M.Qocayeva təqribən 25-30 manat pul borclu olub. M.Qocayev pulunu geri tələb etdikdə, R.Cələddinli pulun bir hissəsini qaytara bilib və bu, tərəflər arasında mübahisəyə səbəb olub. Nəticədə M.Qocayev bıçaqla R.Cələddinlinin ürək nahiyəsinə bir zərbə vurub. Zərərçəkmiş aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisəni törədən şəxs isə saxlanılıb.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600