Qazaxda mərmi partlayıb: 16 yaşlı oğlan yaralandı

media-hightechnic-468x90

48e23a33d5639fe7e68de6227cad0030Azərbaycanın Qazax rayonunda mərmi partlaması nəticəsində 16 yaşlı şəxs yaralanıb.

Qazax rayon Diaqnostika Mərkəzindən APA-nın qərb bürosuna verilən məlumata görə, rayonun Quşçu Ayrım kənd sakini, 1999-cu il təvəllüdlü Sadıqov Tural Cavanşir oğlu sol əlin didilmiş-dağılmış odlu silah xəsarəti və döş qəfəsinin qəlpə yarası ilə mərkəzə yerləşdirilib. Yaralıya dərhal tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Valideynlərinin dediyinə görə, T. Sadıqov ermənilərin atdığı, evin həyətinə düşən mərmini götürən zaman mərmi partlayıb və xəsarət alıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600