Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus “Fokker 100” təyyarəsinin pilotlarının dispetçerlərlə qəzadan əvvəl apardıqları danışıqların səs yazısı yayılıb.
“REN TV”-nin yaydığı məlumata görə, əvvəlcə təyyarə ənənəvi qaydada yola çıxmağa hazırlaşır. Dispetçerlər “Fokker-100”ün uçuş-enmə zolağına girməsinə və uçuşu həyata keçirməyə icazə verirlər. Əvəzində pilotlardan biri “05 sağ, 2100, xoş arzularla, sizə uğurlu gün” deyə cavab verir.
Həmin vaxt uçuş-enmə zolağı digər təyyarənin ixtiyarına verilməli olur. Lakin “Fokker 100” təyyarəsinin yerini müəyyən edə bilməyən aeroportun əməkdaşları növbədə olan təyyarənin pilotlarına gözləmək əmrini verirlər. Bir müddət “Fokker 100”ün pilotları ilə əlaqə yaratmağa çalışan dispetçerlər cavab almayandan sonra həyəcan siqnalının səslərini eşidirlər.
Xatırladaq ki, bu gün səhər saatlarında Almatı-Nur-Sultan istiqamətində uçan təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində 15 nəfər həlak olub, 66 nəfər xəsarət alıb.
www.yenicag.az