!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Qazaxıstanda silahlar və iğtişaş törətməyə hazır kütlə vardı” - ŞƏRH

Reklam: Sinerji Pro

“Xüsusi hazırlanmış qüvvələr məhz həmin narazılıqdan yararlanaraq ortaya çıxdılar”.

Bu fikirləri Qazaxıstanda cərəyan edən məlum proseslərin səbəb və nəticələrini şərh edən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qazaxıstanda baş verən iğtişaşların əsas səbəblərindən biri də ölkənin güc strukturlarının normal işləməməsidir:

“Qərbdə belə hesab etdilər ki, Rusiya ABŞ ilə yanvarın 10-da aparacağı danışıqlardan öncə hər hansı bir addım atmayacaq. O baxımdan, Qazaxıstanda belə bir ssenari hazırlandı. Çünki orada silahlar və iğtişaş törətməyə hazır kütlə vardı.

Digər tərəfdən, Qazaxıstan hakimiyyəti də sıxılmış qazın qiymətini kəskin artırmaqla etiraz aksiyalarının başlamasına rəvac verdi. Bu, əlbəttə ki, insanlarda sərt narazılıq doğurdu. Xüsusi hazırlanmış qüvvələr məhz həmin narazılıqdan yararlanaraq ortaya çıxdılar.

Qazaxıstan hakimiyyəti belə bir gedişatı gözləmirdi. Bu həm də onu deməyə əsas verir ki, Qazaxıstanın güc strukturları öz funksiyalarını düzgün yerinə yetirmirlər. Nəticədə Tokayevin müraciəti əsasında KTMT-nin hərbi kontingenti Qazaxıstana yeridildi.

Bildiyiniz kimi, Qazaxıstan hökuməti artıq istefaya göndərilib və fkrimcə, Qərbin idarə etdiyi qüvvələr də öz cəzalarını alacaqlar. O cümlədən, Nazarbayev də artıq siyasi idarəetmədən uzaqlaşdırılıb. Bundan sonra həyat tədricən normal axarına düşəcək”.

A.Zeynalov

www.yenicag.az

187
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100