Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü tura start verilib.
Yenicag.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Öncə “Qəbələ” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə tərəflər hərəyə 1 qolla 1 xala razılaşıblar.
Günün digər matçında isə iki paytaxt klubu – “Zirə” ilə “Sabah” qarşılaşıb. Bu görüşdə isə elitanın debütantı inamlı qələbəyə sevinib.
Azərbaycan Premyer Liqası
3-cü tur
25 avqust
Qəbələ – Sumqayıt 1:1
Qol: T.Xəlilzadə, 42-pen – Y.Nəbiyev, 90+3.
Qırmızı vərəqə: N.Qurbanov, 76.
Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Cavanşir Yusifov, İnqilab Məmmədov.
Qəbələ. Şəhər stadionu, 18:00.
Zirə – Sabah 0:2
Qol: M.Deviç, 2; 30.
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ramil Diniyev.
Bakı. “Dalğa Arena”, 20:30.
Turun digər iki oyunu sabah keçiriləcək: 18:00. Keşlə – Səbail, 20:30. Qarabağ – Neftçi.
www.yenicag.az